İranda təsdiq öpüşübackend

İranda təsdiq öpüşü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, üst səviyyəli hərbi və siyasi xadimlərin qatıldığı mərasimdə, Ruhaninin təsdiq sənədini Ayətullah Xameneyinin Xüsusi Qələm Müdiri Məhəmməd Golpayegani oxudu. Qeyd edək ki, İran qanunlarına görə, prezidentin rəsmi olaraq vəzifəyə başlaması üçün prezidentliyin İranın ruhani lideri tərəfindən təsdiqlənməsi lazımdır.
Xarici ölkə nümayəndələrinin də qatıldığı mərasimdə, Türkiyə adına Türkiyənin Tehran səfiri Rza Hakan Tekin iştirak edib. 5 avqustda məclisdə reallaşacaq and içmə mərasiminə Prezident Ərdoğanı təmsil edəcək İqtisadiyyat naziri Nihat Zeybekçi qatılacaq.

İnterpress.az