İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Trump Rusiyaya qarşı yeni sanksiyaları təstiq etməsindən ardından etdiyi şərhdə, Rusiya və ABŞ əlaqələrinin bütün zamanların ən aşağı səviyyəsində olduğunu ifadə edərək bu vəziyyət üçün konqresə günahlandırdı.
ABŞ prezidenti Donald Trump twitter hesabından etdiyi şərhdə, \”Rusiya ilə əlaqələrimiz bütün zamanların ən aşağı və çox təhlükəli bir səviyyədə. Bizə səhiyyə sığortası belə verə bilməyən Konqresə təşəkkür edə bilərsiniz!\” dedi.
Qeyd edək ki, Trump, dünən Rusiya, İran və Şimali Koreyaya sanksiyaların genişləndirilməsini nəzərdə tutan layihəni imzalamışdı.
İnterpress.az