Venesuelanın paytaxtında  toqquşmalar olub, xəsarət alanlar varbackend

Venesuelanın paytaxtında toqquşmalar olub, xəsarət alanlar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın verdiyi xəbərə görə, polis Konstitusiya Assambleyasının işinə başlamasına etiraz edənlərə qarşı gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edib.

Xəsarət alanlar arasında Venesuela parlamentinin deputatı Ameliya Belisarionun olduğu bildirilir.

Bu gün Karakasda Konstitusiya Assambleyasının ilk toplantısı keçirilib. Ölkə müxalifəti və bir sıra ölkələr Konstitusiya Assambleyasına keçirilən seçkilərin nəticələrini tanımayıb.

Venesuelada prezident Nikolas Maduronun hökuməti ilə müxalifətin nəzarət etdiyi parlament arasında münaqişə davam edir. Dövlət başçısının imzaladığı fərmana əsasən, yeni yaradılan Konstitusiya Assambleyasına qanunvericiliyə dəyişikliklər etmək səlahiyyəti verilib. Venesuela müxalifəti Konstitusiya Assambleyasının çağırılmasını dövlət çevrilişi kimi qiymətləndirərək ölkədə növbədənkənar prezident seçkilərinin keçirilməsini tələb edir. Ölkədə davam edən iğtişaşlar nəticəsində ölənlərin sayı 120-ni ötüb, 2 minə yaxın insan müxtəlif dərəcəli xəsarətlər alıb. (apa)

İnterpress.az