Bakıda “Renault” dirəyə çırpıldı və yandıbackend

Bakıda “Renault” dirəyə çırpıldı və yandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, hadisə Heydər Əliyev prospektinin Nizami rayonundan keçən hissəsində, Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin yaxınlığında baş verib.

Belə ki, taksi fəaliyyəti ilə məşğul olan \”Renault Logan\” minik avtomobili həmin ərazidə idarəetmədən çıxaraq yolun kənarındakı işıq dirəyinə çırpılıb. Avtomobil bundan sonra yanmağa başlayıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb edilib. Avtomobildə başlamış yanğının qarşısı alınıb.

Qəza zamanı 1 nəfər xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. (report)

İnterpress.az