İnterpress.az xəbər verir ki, 4 avqust tarixində Obamanın 56 yaşı tamam olub. İki müddətə ABŞ prezidenti olan siyasətçi hazırda istirahət edir, qolf oynayır.
ABŞ-ın 44-cü prezidenti Havay adalarında anadan olub, İndoneziyada yaşayıb. Məktəbi bitirdikdən sonra beynəlxalq münasibətlər və hüquq üzrə təhsil alıb. İllinoys ştatından senator seçilib.
2008-ci ildə Respublikaçıların namizədi Con Makkeynə qalib gələrək ABŞ-a rəhbərlik edən ilk afro-amerikalı olub. 2012-ci ildə yenidən prezident seçilib.
Obama 2009-cu ildə Nobel sülh mükafatına layiq görülüb.
İnterpress.az