Netanyahunun köməkçisi etiraf etdi! Kreslosunu itirə bilər…backend

Netanyahunun köməkçisi etiraf etdi! Kreslosunu itirə bilər…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, İsrail Baş naziri Binyamin Netanyahunun keçmiş Xüsusi Qələm Müdiri Ari Harow baş nazir əleyhindəki sui-istifadə istintaqında ifadə verəcək. Harowun ifadəsi Netanyahunun mühakimə olunmasına yol aça bilər. Jerusalem Post-a görə Netanyahu kreslosunu itirə bilər.
 
İsraildə 11 ildir Baş nazirlik kreslosunu qoruyan Binyamin Netanyahu, haqqındakı aylardır davam edən rüşvət, korrupsiya və nüfuzu pis istifadə etmə iddialarını qəti bir dillə rədd edir. Ancaq özünə ən yaxın adlardan biri olan və bir dövr Xüsusi Qələm Müdirliyinin edən Ari Harowun dünən, Netanyahu və ailəsi haqqında başladılan istintaqda prokurorlarla əməkdaşlıq edəcəyi açıqlandı.
 
Ölkə gündəminə bomba kimi düşən bu xəbərdən sonra Haaretz qəzeti, internet saytında \”Bu inkişaf Netanyahu haqqında rəsmi istintaq açılacağı mövzusunda şübhə buraxmadı\” deyə yazdı. Jerusalem Post qəzeti, isə web saytında nəşr olunan manşetində \”Xalqın, Netanyahuya alternativlər olduğunu anlaması lazımdır. İsrail Netanyahudan əvvəl də vardı, sonra da olacaq\”.
 
Netanyahu ilə iki dövr birlikdə çalışan Harow, 2015-ci ildə haqqında çıxan sui-istifadə iddialarının ardından istefa etmişdi. İsrail mətbuatına görə Harow, ittihamları qəbul edib Netanyahu əleyhinə görüş verməsinin qarşılığında 6 ay həbs və pul cəzası alacaq. İsrail Baş naziri haqqında açılan istintaqlar ilkində işadamlarından lüks hədiyyə qəbul etməklə günahlandırılır.
Netanyahunun həyat yoldaşı Sara isə, xərclərinin baş nazirlik büdcəsindən etdiyi iddiasıyla açılan istintaqda dünən ifadə verdi. Sara Netanyahunun \”Baş nazirliyə alınan içkilərin şüşə depozit əvəzlərini fərdi hesabına köçürdüyü\” irəli sürülmüşdü. Qeyd edək ki, İsrail Baş naziri iddiaları \’cadugər ovu\’ olaraq xarakterizə edib.

İnterpress.az