İnterpress.az AZƏRTAC-a istinadən xəbər verir ki, girovları saxlayan şəxs zərərsizləşdirilib. Əməliyyat zamanı girovluqda olan 10 şəxs və 5 polis müxtəlif bədən dərəcəli xəsarət alıb. Polisin məlumatına görə, girovları saxlayan xəstəxananın pasiyenti olub.
Otuz yaşlı pasiyent məhkəmənin qərarı ilə atasını 72 bıçaq yarası ilə öldürdüyünə görə 2013-cü və 2017-ci illərdə xəstəxanada müalicəyə yazdırılıb. O, avqustun 4-də axşam saatlarında xəstəxananın giriş qapılarını bağlayaraq 76 pasiyenti girov saxlayıb.
İnterpress.az