İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Sarayın rabitə direktoru Lene Balleby, \”İstədiyi rolu və mövqeyi ala bilməyən Şahzadə üçün, bərabər rəftar görmədiyi yoldaşının yanına dəfn edilməmə qərarı təbii bir nəticə\” dedi. Balleby, Kraliça Margrethein yoldaşının qərarını qəbul etdiyini də əlavə etdi. 1967-ci ildə Kraliça Margrethe ilə həyatını birləşdirən 83 yaşlı Henrik, evliliyin ardından \’Şahzadə\’ ünvanı almışdı. Ancaq aradan keçən illərdə, Henrik dəfələrlə \’Kral\’ olmaq istədiyini söyləsə də istəyi reallaşmamışdı. 1559-ci ildən bu yana Danimarka Kral ailəsi Roskilde Katedralində dəfn edilir. Hətta Kraliça və həyat yoldaşı üçün çoxdan qəbir qazıldığı bildirilir.
İnterpress.az