İraqdan Haşdi Şabi açıqlamasıbackend

İraqdan Haşdi Şabi açıqlaması

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, İbadi, paytaxt Bağdadda təşkil edilən tədbirdə çıxışında: \”Dövlət və şiə mərcinin idarəsində olan Haşdi Şabi, İraq üçün var və ləğv edilməyəcək.\” dedi.

\”İraqın bəzi bölgələrinin terror təşkilatı DEAŞ-dan azad olunmasından sonra mərhələdə isə birlik olacaq\” deyən İbadi, Türkmənlərin əksəriyyətdə olduğu Telafer mahalının təşkilatdan qurtarılması əməliyyatına da toxundu.

Baş nazir İbadi, \”Telafərin qurtarılması üçün bütün hazırlıqları tamamladıq. Mahalın qurtarılması əməliyyatına bütün güclərin qatılması israrı var\”-dedi.

İraqdakı Sədr Hərəkatı lideri Müqtəda Sədr, dünən etdiyi şərhdə, \”Silah, yalnız dövlətin əlində və baş nazirin idarəsində olmalıdır\” deyərək İbadidən, Haşdi Şabi də daxil bütün qruplardan silahları çəkməsini istəmişdi.

Şiə lider Sədrin Haşdi Şabi və digər milis qruplara qarşı bu çıxışının, keçən həftə Səudiyyə Ərəbistanına etdiyi ziyarətin ardından gəlməsi diqqəti çəkmişdi.
Məclisdə 34 kürsüsü olan Sədr Hərəkatının, DEAŞ-a qarşı döyüşən Seraya es-Salam adlı milis gücünə də sahib olduğu bilinir.

İnterpress.az