Çuğundurlu Xumus
Tərkib:
2 su stəkan bişirilmiş noxud
1 ədəd çuğundur
1 yemək qaşığı tahin
1 diş sarımsaq
2,5 yemək qaşığı zeytun yağı
1 ədəd limon suyu
1,5 çay qaşığı duz
1/2 çay qaşığı zirə
1,5 yemək qaşığı su
Hazırlanması:
Çuğundurun qabığı soyulur, bişirilir, qaynar sudan çıxarılıb buzlu suya qoyulur. Soyuyanda blenderlə noxudla birlikdə hamar bir hala gələnə qədər yaxşı qarışdırılır. Üzərinə zeytun yağı, tahin, limon, duz və su əlavə edərək qarışdırmağa davam edilir. Hazır xumusun üzərinə xırdalanmış cəfəri səpilir, zeytun yağı gəzdirilib servis edilir.
İnterpress.az