İnterpress.az “Gazeta Ru”ya istinadən xəbər verir ki, Fransa Baş Naziri Edouard Filip, maşınını əsgərlərin üstünə sürərək 6 əsgəri yaralayan təcavüzkarı tutan təhlükəsizlik qüvvələrini təbrik etdikdən sonra OHALDAN çıxış haqqında məlumat verib. 1 Noyabr 2017 tarixində OHALDAN çıxarılmasını istədiklərini açıqlayan Baş Nazir, \”Çox uzun müddətdir OHAL altında yaşayırıq, ilk hücum tarixi olan 2015-dən bəri davam edir\” dedi.
Filip, OHALİN yalnız bir keçid prosesi olması lazım olduğunu ifadə etdi. OHALDaN çıxandan sonra da Fransanın təhlükəsizliyini təmin etmək üçün təhlükəsizlik və terrorizmlə mübarizə qanun layihələri təqdim edəcəklərini bildirən Baş Nazir Filip, hüquqi dövlət çərçivəsində Fransızların təhlükəsizliyini təmin etməyə davam etməyi düşündüklərini söylədi. Daimi olaraq təhlükəsizlik üçün həyəcanda olmalarının lazım olduğunu açıqlayan Philippe, \”Təhdid böyük və daimi\” dedi.
İnterpress.az