İnterpress.az “Gazeta Ru”ya istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Trumpın xəbərdarlığını \”absurd\” deyə səciyyələndirən Şimali Koreya Ordu Sözçüsü, ABŞ bazasının yerləşdiyi Quam adasına hücum hazırlıqlarını avqust ayının ortasına qədər başa vuracaqlarını açıqlayıb.
Şimali Koreya Mərkəzi Xəbər Agentliyinin xəbərinə görə, Şimali Koreya Ordusu Generalı avqust ayının ortasına qədər Guam-ı dörd orta mənzilli raket ilə vurmaq hazırlıqlarının başa çatdırılmış olacağını, ondan sonra planın həyata keçirilməsi üçün liderləri Kim Jong əmrini gözləyəcəklərini söylədi.
Ordu generalı Trump üçün:\”Belə ağlını itirmiş bir adamla məntiqli bir dialoq aparmaq mümkün deyil. Sadəcə gerçək bir aksiya Trump üzərində təsirli ola bilər\” dedi.
General Kim Rak Gyomun verdiyi hesabatda, \”Koreya Xalq Ordusu tərəfindən Hwasong-12 raketləri, Yaponiyanın Shimane, Xirosima və Koichi Yaponiyanın yerləşdiyi regionların üstündən keçərək Guam-dan 30- 40 km uzaqlıqdakı suları vuracaq\” deyildi.
Qeyd edək ki, Vaşinqton və Pyongyang arasındakı gərginlik getdikcə qalxır. ABŞ-ın tələbi ilə toplaşan Birləşmiş Millətlər Təhlükəsizlik Şurası nüvə silahı proqramını dayandırmayan Şimali Koreyaya qarşı yeni sanksiyaların tətbiq olunmasına yekdilliklə qərara alınmışdı. Sonra Vaşinqton Post qəzetində yer alan bir xəbərdə, Şimali Koreyanın bir raketinin içinə yerləşdiriləcək qədər kiçik bir nüvə döyüş başlığı inkişaf etdirməyi bacardığı iddia edilib.
Xəbərdə Şimali Koreyanın güman ediləndən çox daha qısa bir müddət içərisində ABŞ-ı vura biləcək qabiliyyətə nail olacağı vurğulanırdı. Şimali Koreya, iyul ayında iki qitələrarası balistik raket sınağı keçirmiş və artıq ABŞ-ı vura biləcək mənzilə çatdığını iddia etmişdi. ABŞ Prezidenti Trump isə Şimali Koreyanın son gələn açıqlamalara cavab olaraq, \”Şimali Koreya ABŞ-ı daha çox təhdid etməsə yaxşı olar. Dünyanın heç görmədiyi bir atəş və hirslə qarşı-qarşıya qalacaqlar\” demişdi.
İnterpress.az