Qətər 80 ölkəyə viza sərbəstliyi gətirdibackend

Qətər 80 ölkəyə viza sərbəstliyi gətirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az “Gazeta Ru”ya istinadən xəbər verir ki, Qətər Turizm Nüfuzu, Qətər Hava Yolları və Daxili İşlər Nazirliyi rəsmiləri, paytaxt Dohada birgə mətbuat konfransı keçirib.

İclasda danışan Turizm Nüfuzu Turizm İnkişaf Etdirmək Sektoru Sədri Həsən el-ibrahimi, Qətər rəhbərliyinin, 80 ölkəyə viza sərbəstliyi gətirərək turizm sahəsində tarixi bir dəyişiklik həyata keçirdiyini söylədi.

Vizadan \”azad olacaq ölkələrin müəyyən meyarlara görə seçildiyini\” dilə gətirən İbrahimi, araşdırmaların davam edəcəyini və siyahıya mərhələli şəkildə yeni ölkələrin əlavə olunacağını bildirdi.

Hamed Beynəlxalq Aeroportu Pasport Nəzarət Rəisi Polkovnik Raşid El-Mezrui isə viza sərbəstliyi verilən ölkə vətəndaşlarının, Qətərə girişləri zamanı hər hansı bir pul ödəməyəcəyini bildirib.

Mezrui, sözügedən ölkələrin, sərnişinlərin təhlükəsizlik və iqtisadi baxımdan qiymətləndirilməsinin yanaşı, Daxili İşlər Nazirliyinin Hamed Hava Limanının quruluşundan bu yana topladığı təcrübəyə görə seçildiyini vurğulayıb.

İnterpress.az