İnterpress.az “Gazeta Ru”ya istinadən xəbər verir ki, Çinin Henan əyalətində bir qrup yaşlı qadın, insanları zorla evlərindən çıxarmaq, borcunu ödəmək istəməyən insanlara söymək, tüpürmək və kişilərə təcavüz etmək cinayətindən həbsə məhkum edilib.
Adı açıqlanmayan bir podratçı, edəcəyi yeni tikinti üçün bəzi sakinlərin evlərini boşaltmaları məqsədilə yaşları 60 -70 arası 14 qadını bu işə cəlb edib. Hər hün 30 dollar ödədiyi və müftə yemək verdiyi yaşlı qadınlar dəstəsi bunun əvəzində evlərini tərk etmək istəməyən və ya borclarını vermək istəməyən insanlara təcavüz edirlərmiş.
Zhao adlı sakin özünün evini tərk etməsi üçün gözünün qorxudulduğunu, həmçinin qadınlardan səkkizinin də qonşusunun üstünə tüpürdüyünü deyib.
Dəstənin qurbanlarından biri olan Zhang isə yaşlı qadınlardan birinin cinsi bölgəsinə hücum etdiyini və müalicə üçün 150 dollar ödədiyini söyləyib.
Podratçı tərəfindən qeydiyyata alınan dəstəyə mənsub bir yaşlı qadın, bu işin özü üçün bir \”problem olduğunu\”, həmçinin pulsuz yeməyin də \”işi cəlb etdiyini\” deyib. Şəkər xəstəliyi üzündən kor olan bu yaşlı qadın 5 il həbs cəzası aldı. Yaşlı qadınlar dəstəsinin digər üzvləri isə 29 mütəşəkkil cinayət hadisəsindən günahkar olaraq 2 ildən 11 il arasında, podratçı isə 11 il həbs cəzasına məhkum edildi.
İnterpress.az