QAT uşaqlara atəş açan Ermənistan rejiminin cəzalandırılmasına çağırdıbackend

QAT uşaqlara atəş açan Ermənistan rejiminin cəzalandırılmasına çağırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bəyanatda göstərilir: “Cinayətkar Ermənistan rejimi növbəti dəfə dinc əhalini atəşə tutaraq, Azərbaycanın Tovuz rayonu Qaralar kənd sakini, 13 yaşlı Ramil Yusibovu ağır yaralayıb. Bununla işğalçı, terrorçu Ermənistan rejimi bir daha beynəlxalq hüquq normalarını kobud şəkildə pozur, uşaq qatili olduğunu nümayiş etdirir. Erməni vəhşiləri bu günə qədər 206 azərbaycanlı uşağı qətlə yetirib, o cümlədən atəşkəs dövründə 13 uşaq erməni gülləsindən həlak olub, 19 uşaq yaralanıb. Erməni vandalları bu dəhşətli cinayətlərə son qoymaq istəmir, əksinə, cəzasızlıq şəraitində həyasızcasına iyrənc hərəkətlərini davam etdirirlər. Bu cinayətlərin məsuliyyəti həm də beynəlxalq təşkilatların, Ermənistanı himayə edən ayrı-ayrı dövlətlərin üzərinə düşür. Beynəlxalq təşkilatlar erməni cinayətlərinə susur, heç bir tədbir görmək istəmirlər. Rusiya hərbi caniləri özünün strateji müttəfiqi kimi hərtərəfli dəstəkləyir. ABŞ bir sıra ölkələrə sanksiyalar tətbiq edir, lakin işğalçı, terrorçu Ermənistana qarşı heç nə etmir, əksinə, Azərbaycanın Dağlıq Qarabağ regionunda işğalçı Ermənistan tərəfindən yaradılan qondarma quruma yardım ayırır. Biz işğalçının şirnikləndirilməsinə yönəlmiş ikili standartlar siyasətini qətiyyətlə qınayır və bu siyasətə son qoyulmasını tələb edirik. Biz Birləşmiş Millətlər Təşkilatı, Avropa Şurası, ATƏT və digər qurumlardan, ABŞ, Rusiya və digər dövlətlərdən Ermənistana qarşı siyasi və iqtisadi sanksiyaların tətbiq olunmasını tələb edirik. Hesab edirik ki, işğalçı, terrorçu Ermənistana qarşı sanksiyalar tətbiq olunmayacağı təqdirdə Azərbaycan öz torpaqlarını işğaldan azad etmək üçün hərbi əməliyyatlara başlamalıdır. Biz Azərbaycan hökumətindən işğalçı, terrorçu Ermənistana qarşı azadlıq müharibəsinə başlamasını tələb edirik. Başqa yolumuz yoxdur! Ya Qarabağ, ya ölüm!”

İnterpress.az