İnterpress.az “Vesti Ru”ya istinadən xəbər verir ki, Şinhua agentliyinin xəbərinə görə, 49 nəfəri daşıyan sərnişin avtobusu Pekin-Kunming Avtomobil Magistralının Şian-Hancong sektorundakı Çinling Tunelinin girişində divara dəyib.
Hınan əyaləti Luoyang şəhərindən Sıçuan əyaləti Çıngdu şəhərinə gedərkən qəza keçirən avtobusdakı şəxslərdən 36-sı həyatını itirib, 13-ü isə yaralanıb.
Yerli rəsmiləri yaralıların yaxınlıqdakı xəstəxanalara götürüldüyünü bildirib.
Çin Dövlət Təhlükəsizliyi Nazirliyi, qəzaya dair istintaq başlanıldığını, bölgəyə sövq edilən yardım briqadalarının hadisə yerində işlərini davam etdirdiyini bildirib.
İnterpress.az