Madurodan Trumpa görüş təklifi: “Bax, əlim burada”backend

Madurodan Trumpa görüş təklifi: “Bax, əlim burada”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az “Gazeta Ru”ya istinadən xəbər verir ki, iqtisadi və siyasi böhranla sarsıdılan Venesuelada etirazların hədəfində olan Nikolas Maduro, yeni seçilən Qurucu Məclisdə çıxış edib.

Maduro 3 saatlıq çıxışında, ABŞ Prezidenti Trumpa müraciət edərək Trumpla üz-üzə görüşmək istədiyini söyləyib.

Maduro, \”Əgər Venesuelaya bu qədər bağlısan elə buradayam. Donald Trump, bax əlim burada\”-ifadələrini istifadə edib.

Xarici güclərlə mübarizədən əsla əl çəkməyəcəklərini bildirən Maduro, ABŞ-ın özünə qarşı sanksiyalarını da tənqid edib və sanksiyaları ABŞ məhkəməsinə daşınacağını söyləyib.

Qeyd edək ki, Venesuelada aprel ayından bu yana davam edən hökumət əleyhinə etirazlarda 120-dən artıq adam həyatını itirib. 30 iyulda keçirilən seçkilərlə Qurucu Məclis vəzifəyə gəlib, ancaq müxalifət Qurucu Məclisin qanuni olmadığını müdafiə edir.

İnterpress.az