Trumptan Putinə təşəkkür: “Çox-çox pul yığacayıq”backend

Trumptan Putinə təşəkkür: “Çox-çox pul yığacayıq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Trump, Rusiyanın yüzlərlə Amerikalı diplomatı deportasiya etmək qərarı alması haqqında ilk dəfə danışdı.

Nyu-Cersidə tətil etdiyi qolf klubunda jurnalistlərlə danışan Trump, \”Putinə təşəkkür etmək istəyirəm. Biz də xərclərimizi azaltmağı planlaşdırırdıq\” dedi.

ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara cavab olaraq alınan deportasiya qərarlarını dəyərləndirən Trump, \”Onları geri göndərmək üçün bir səbəb yox. Xərclərimizi azaltmaq üçün çox məmnunam. Çox – çox pul yığacayıq\” ifadələrini istifadə etdi.

Qeyd edək ki, Donald Trump bir müddət öncə, Rusiya, Şimali Koreya və İrana qarşı sanksiyalar ehtiva edən qanunu təsdiq edib, Moskva rəhbərliyi isə qarşılıq olaraq ölkədə olan ABŞ-lı diplomatlardan 755-nin ölkəni tərk etməsini istəmişdi.

İnterpress.az