Hadisə Masallının Qızılavar kəndində qeydə alınıb.
Kənd sakini, 1994-cü il təvəllüdlü Aytəkin Bağır qızı Seyfullayeva südlə dolu qazanı ocaqdan götürərkən 2 azyaşlı uşağının üzərinə aşırıb. Nəticədə ana və 2013-cü il təvəllüdlü qızı Zəhra, 2014-cü il təvəllüdlü oğlu Əmənullah ağır yanıq xəsarətləri alıb.
Onlar dərhal Masallı rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Uşaqların vəziyyəti ağır olduğu üçün Bakıdakı xəstəxanalarından birinə yola salınıblar. ( apa )
İnterpress.az