Dini Festival Zamanı Nəhəng Palıd Ağacı Aşdı: 13 Ölü, 50 Yaralıbackend

Dini Festival Zamanı Nəhəng Palıd Ağacı Aşdı: 13 Ölü, 50 Yaralı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az “Gazeta Ru”ya istinadən xəbər verir ki, Atlantik okeanında yerləşən və Portuqaliyaya bağlı olan muxtar Madeyra Adasında keçirilən dini festival zamanı düşən ağac, 13 nəfərin ölməsinə və 50 nəfərin yaralanmasına səbəb oldu.

Vətəndaşlar kilsə üzvlərinin edəcəyi çıxış üçün gözlədikləri vaxt 200 illik olduğu iddia edilən nəhəng bir palıd ağacı üstlərinə düşüb. Hadisədə ikisi uşaq 13 adam ölərkən 50 nəfərdə vucudlarının müxtəlif yerlərnden yaralanıb.

Xəstəxanada aparılan kimlik işlərindən sonra ölən və yaralananlar arasında xarici vətəndaşların da olduğu qeyd olunub. Rəsmilər hər il festivalda çox sayda adamın ağacın ətrafında toplaşdıqlarını deyərkən hadisədən sonra festival ləğv edilib.

İnterpress.az