65 ildir evli cüt həyatlarına son verdi!backend

65 ildir evli cüt həyatlarına son verdi!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Nic Elderhorstun 2012-də insult keçirdiyi və addımlamaqda çətinlik çəkdiyi, Trees Elderhorstun da oxşar problemləri olduğu və yaddaş itkisi yaşadığı bildirilir.

Cütlüyün qızlarından biri, Hollandiyada yayımlanan De Gelderlander qəzetinə, \”Həkim, anamın zehni sağlamlığının yenə də yerində olduğunu deyirdi. Amma atam ölsəydi anamın vəziyyəti pisləşəcəkdir, qocalar evinə getmək məcburiyyətində qalacaqdı. Bundan çox qorxurdu. Birlikdə ölmək ən böyük arzuları\” dedi.

Elderhorst cütünün digər bir qızı da \”Əvvəl bir-birilərini öpdülər və əl ələ tutub öldülər\”-dedi.
Cütlük doğulduqları Didam şəhərindəki bir klinikada evtanaziya olunaraq həyatlarını başa vurdu.

Hollandiya,evtanaziyanı dünyada qanuni hala gətirən ilk ölkə. Ancaq cütlərin birlikdə həyatlarına son verməsi çox nadir görülən bir vəziyyət.

İnterpress.az