Həbsxanada gecə basqını: 37 ölübackend

Həbsxanada gecə basqını: 37 ölü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az “Vesti Ru”ya istinadən xəbər verir ki, Venesuelanın cənubunda təhlükəsizlik qüvvələrinin bir həbsxanaya həyata keçirdiyi gecə hücumunda 37 məhkum öldürüldü. Yerli bir siyasətçinin açıqlamasına görə, təhlükəsizlik qüvvələrinin məhkumların nəzarətindəki həbsxanada nəzarəti təmin etmək məqsədilə həyata keçirdikləri basqında, məhkumların müqavimət göstərməsi ilə qarşıdurma çıxdı.
Şahidlərin sözlərinə görə təzyiqinin dünən gecə yarısı başladığını və gecə boyu silah səslərinin davam etdiyini deyib. Venesuela mətbuatına görə ölkənin bir çox həbsxanası avtomatik silahlara da malik müxtəlif cinayət təşkilatlarının nəzarətində olur.

İnterpress.az