Qvatemalada xəstəxanaya hücum: 7 ölü, 12 yaralıbackend

Qvatemalada xəstəxanaya hücum: 7 ölü, 12 yaralı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az “Vesti Ru”ya istinadən xəbər verir ki, Paytaxt Qvatemaladakı Ruzvelt Xəstəxanasının Direktoru Karlos Soto, təcavüzkarların səhər saatlarında xəstəxana korpusuna daxil olduqlarını və ətrafa atəş açdıqlarını söylədi.

Soto, hücumda 7 nəfərin həyatını itirdiyini ifadə etdi.

Direktor Müavini Marko Antonio Barrientos də hücumda biri uşaq 12 adamın yaralandığını, uşağın vəziyyətinin ağır olduğunu bildirib.

Barientos, daha əvvəl də xəstəxanaya qarşı oxşar hücumların olduğunu və hökumətdən əlavə təhlükəsizlik tədbirləri görülməsini istədiklərini qeyd edib.
Polis, hücumu təşkil etdikləri iddia edilən 5 nəfərin həbs olunduğunu, bu adamların Marya Salvatrucha cinayətkar dəstəsinə üzv olduqlarını açıqlayıb.
Daxili işlər Nazirliyindən edilən açıqlamada, təcavüzkarların bəzi testlər üçün həbsxanadan xəstəxanaya gətirilən liderləri Anderson Daniel Cabrera Cifuentesi xilas etməyi qarşısına məqsəd qoyduqlarını bildirib.

İnterpress.az