Aborta icazə verilməyən təcavüz qurbanı 10 yaşlı qız dünyaya uşaq gətirdibackend

Aborta icazə verilməyən təcavüz qurbanı 10 yaşlı qız dünyaya uşaq gətirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az “Gazeta Ru”ya istinadən xəbər verir ki, Hindistanda, Ali Məhkəmənin abort aparılmasına icazə vermədiyi 10 yaşındakı təcavüz qurbanı qız doğuş keçirib.
Hindistanın şimalındakı Çandigargh bölgəsində qohumu tərəfindən təcavüzə məruz qalan 10 yaşında qız uşağı adına 28 iyulda Hindistan Ali Məhkəməsinə abort üçün müraciət edilmişdi. Hindistan Ali Məhkəməsi, təcavüzə məruz qalan 10 yaşlı qız uşağına abort aparılmasına icazə verməmişdi. Hamiləliyin 32-ci həftəsinə girmiş olması səbəbindən tələbi rədd edilən abort qurbanı, bir qız körpə dünyaya gətirdi.

Baş verən hadisə Hindistanda reaksiyalara səbəb olmuşdu.

İnterpress.az