İnterpress.az-ın məlumata görə, bu barədə \”Facebook\” səhifəsidə \”Ukrayna azərbaycanlıların birləşmiş diasporu” ümumukrayna ictimai təşkilatının sədri Hikmət Cavadov deyib.
Sədrin sözlərinə görə, Ukrayna azərbaycanlıların bir qismi sentyabrın 10-da \”Krakovets” keçid məntəqəsinə gedib, Odessa vilayətinin sabiq qubernatoru Mixeil Saakaşvilini qarşılayacaq.
\”Mən və bizim bir neçə üzvümüz sentyabrın 10-da sərhəddə Saakaşvilni qarşılayacağıq.”
Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin sabiq qubernatoru Mixeil Saakaşvili sentyabrın 10-da Polşa ərazisindən keçərək Ukraynaya qayıdacağını bəyan edib.
\”Mən Polşadan Ukraynaya sentyabrın 10-da Krakovets keçid məntəqəsindən qayıdıram”, – deyə çərşənbə günü \”Facebook\”da canlı yayımda M.Saakaşvili bildirib. O, Ukrayna hakimiyyət orqanlarına müraciət edərək, onun qayıdışı ilə bağlı \”sirk qurmamaq” və \”torpağı qazmamağa” çağırıb.
İnterpress.az