İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, İspaniyada cümə günü həyata keçirilən terror hücumunda həyatını itirənlər, Barcelona Katalunya Meydanında təşkil olunan mərasimlə anılıb.
Dünən İspaniya Kralı 6-ci Felipe və Baş Nazir Mariano Rajoy daxil minlərlə insan, həyatını itirənlər üçün sükut edib.
Həyatını itirənlər xatirəsinə əklil qoyan və şam yandıran vətəndaşlar, alqışlar altında \”Qorxmuram\” şüarı səsləndiriblər. Mərasimdə danışan İspaniya Kralı 6-ci Felipe, \”Bu cinayətkarlar bizi dəhşətə sala bilməz. Bütün İspaniya, Barcelona, La Rambla təkrar hamı üçün var olmağı davam etdirəcəkdir\” ifadəsini istifadə edib.
Qeyd edək ki, Brüsseldəki Avropa Komissiyasında Avropa Birliyinin bayraqları yas üçün yarıya endirilib. Dünyadan da İspaniya xalqına dəstək üçün həmrəylik mesajları verilib. ABŞ Nyu-Yorkdakı Empire State binasında və Fransanın paytaxtı Parisdə yerləşən Eyfel Qülləsində işıqlar söndürülüb. Avropa və ABŞ mətbuatı da Barcelona hücumunu manşet olaraq gündəmə gətirib.
İnterpress.az