Çoxumuzun həsəd apardığı ən uğurlu adlar. Hamısının ortaq xüsusiyyəti isə zəhmətləri və səyləri sayəsində uğur qazanıb böyük sərvətlərə sahib olmaqları.
İnterpress.az xarici mətbuata istinadən bildirir ki, bir qazmaçı qızı olaraq yoxsulluğun dibində bir həyata gəlmişkən, ABŞ-ın ən zəngin və güclü qadınları arasında ilk sıralara daxil olan Oprah Winfrey, Amerika yuxusunun gerçək nümayəndəsi kimi göstərilir.
Dünyanın ən uğurlu aparıcılarından biri olan Oprah Winfrey, yoxsul bir ailənin uşağı olaraq dünyaya gəldi.
Winfrey yaxınlarının təcavüzü nəticəsində hamilə qaldı və uşağını itirdi.
Kədərli hadisələrdən sonra atası ilə yaşamağa başlayan Oprah bir gözəllik yarışmasına qatıldı və bir radio tərəfindən kəşf edildi.
Media dünyasında pillələri sürətlə qalxan məşhur televiziya işçisi ilk şou proqramından sonra isə qeyri-adi bir yüksəlmə göstərdi.
Winfrey hazırda 3 milyard dollarlıq bir sərvətə sahib.
Winfrey, qurucusu və yayım direktoru olduğu O-Oprah Magazine Jurnalında 14 il ərzində qələmə aldığı həyat təcrübələrini \”Artıq Bilirəm\” adlı kitabında toplayıb.
İnterpress.az