İraq, Telaferi DEAŞTAN təmizləmək üçün əməliyyat başlayıbbackend

İraq, Telaferi DEAŞTAN təmizləmək üçün əməliyyat başlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, İraq Baş Naziri Heydər əl İbadət, Telaferi DEAŞTAN xilas etmə əməliyyatının başladığını bildirib.

İbadət, dövlət televiziyasından etdiyi açıqlamada, \”Telafer şəhəri xilas edilməyə doğru gedir. Telafer şəhərində DEAŞLILARIN təslim olma və ya öldürülməkdən başqa variantları yox\”- dedi.
Telafer əməliyyatına qatılan qüvvələrə də toxunan İbadət, \”İraq əsgərləri antı – terror, federal polis qüvvələri və Haşdi Dabağı əməliyyatda iştirak edir\” məlumatını verib.

Qeyd edək ki, İraq ordusundakı rəsmiləri Telafer əməliyyatına təxminən 40 min təhlükəsizlik işçisinin qatılacağını ifadə etmişdi.

Mosul şəhər mərkəzinin 63 kilometr qərbində yerləşən, Türkmənlərin əksəriyyətdə yaşadığı Telafer, 16 iyun 2014-dən bu yana terror təşkilatı DEAŞIN əlindədir.

İnterpress.az