İnterpress.az-ın məlumatına görə, əfv fərmanı Mərakeş inqilabının 64-cü ildönümü ilə əlaqədar imzalanıb.
“Məhkumlar milli dəyərlərə rəsmi olaraq sadiqliyini ifadə ediblər, ekstremizm və terrorçuluqdan imtina etdiklərini bəyan ediblər, habelə həbsdə olduqları müddətdə yaxşı davranış nümayiş etdiriblər”, – deyə Mərakeş Ədliyyə Nazirliyinin bəyanatında bildirilir.
Qeyd edək ki, iyulun sonunda Mərakeş kralı VI Məhəmməd etirazlarda iştiraka görə həbs olunmuş 1200 məhbusu əfv edib.
İnterpress.az