Miqren, baş ağrılarına yaxşı təsir edir – Lavanda yağıbackend

Miqren, baş ağrılarına yaxşı təsir edir – Lavanda yağı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Lavanda Qədim Misirdə mumiyalaşdırma zamanı istifadə edilən maddənin əsas komponentlərindən biri olub. Bitkinin öz ətrini 3 min il saxlaya bilməsi məlumdur. Belə ki, 1922-ci ildə Misir fironu Tutanxamonun mumiyasından ətirli lavandanın qalıqları tapılıb.

Lavanda yağı ağılınıza gəlməyən möcüzələr yarada bilir. Onun orqanizm üçün faydalarını təqdim edirik:

– Quru və çatlaq dəri lavanda yağı ilə ovularsa, nəmlənir və çatlaqları bağlanır.

– Qoltuqaltına sürtülən 1 damla lavanda yağı bütün spreylərdən daha təsirlidir və gün boyu qalıcıdır.

– Baş dərisini lavanda yağı ilə masaj etmək saçda olan kəpəkləri aradan qaldırır, tükün dibini möhkəmləndirir.

– Çatlayan dodaqlara 1 damla lavanda sürtmək sizə bu problemi həll etməkdə kömək edə bilər.

– Soyuqdan əmələ gələn uçuqlara 1 damla lavanda yağı sürtün.

– Ayaqlarda ağrı olduqda 2 damla lavanda yağı əlavə olunmuş suda saxlamaq lazımdır.

– Kəsik və yaralarda bir neçə damcı lavanda yağı tökməklə mikrobları öldürər və yaranı təmizləyə bilərsiniz.

– Arı sancmasında şişmə və qaşınmanı azaltmaq üçün yaranın üzərinə 1-2 damla lavanda yağı sürtün.

– Miqren, baş ağrılarına yaxşı təsir edir.

Miqren, baş ağrılarına yaxşı təsir edir - Lavanda yağı

– Lavanda çayı sidik qovucu təsirə malikdir.

– Qaraciyər, maddələr mübadiləsini nizamlayır. Hepatitə qarşı təsirlidir.

İnterpress.az