Hadisə rayonun Hökməli qəsəbəsində baş verib. Belə ki, qəsəbə sakini, 1991-ci il təvəllüdlü Elxan Fikrət oğlu Bürcəliyev yaşadığı evin həyətindəki tövlədə özünü asaraq intihar edib.
Faktla bağlı Abşeron rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi açılıb, araşdırma aparılır. ( report.az )
İnterpress.az