Bu haqda Modern.az Türkiyə KİV-nə istinadən bildirir.
Məlumata görə, \”Beşiktaş\” gələn ilin mart ayında milli çempionatlara veriləcək fasilə ilə əlaqədar olaraq Azərbaycanda yoldaşlıq oyunu keçirməyi planlaşdırır.
Qeyd olunur ki, ölkəmizdə bir və ya 2 yoldaşlıq görüşü keçirməklə bağlı razılıq əldə olunarsa, \”qara qartallar\” 3 günlük Azərbaycana gələcək.
Hazırda \”Beşiktaş\” rəhbərliyinin Azərbaycan tərəfi ilə danışıqlar apardığı bildirilir.
Bundan başqa, İstanbul klubu yaxın vaxtlarda Bakıda idman mağazası açmağı planlaşdırır.
İnterpress.az