ARB TV xəbər verir ki, vətəndaşların müraciəti əsasında Şirvan polisi əməliyyat tədbirləri həyata keçirib.
Məlum olub ki, pensiyaçıların etibarından sui-istifadə edərək onlara məxsus ayrı-ayrılıqda 120 və 222 manatı mənimsəyən şəxs əvvəllər məhkum olunmuş Şirvan sakini, 27 yaşlı Füzuli Nəcəfovdur.
Saxlanılan şəxs barəsində Şirvan şəhər məhkəməsi 3 ay müddətinə həbs-qətiimkan tədbiri seçib.
Faktla bağlı Şirvan şəhər polis şöbəsində araşdırma aparılır.
İnterpress.az