İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Almaniyanın Osnabrück şəhərində nəqliyyat nəzarəti aparan polis, dayandırdığı bir mikroavtobusda axtarış aparıb.
Aparılan axtarışda maşının içini nəzarət edən polis dəstələri, maşının içində 5 min dənə \”Extacy\” həb olduğunu fərq edib.
Həblərdə, ABŞ Prezidenti Donald Trumpın təəccüblənən üz ifadəsinin olduğunu görən polislər həblərin arxasında da Trumpın adının yazıldığını görüb.
Amsterdamda istehsal edildiyi bildirilən çəhrayı və narıncı Trump üzlü həblərin Avropanın müxtəlif yerlərində satıldığı bildirilir. Donald Trump sifətli həblər daha əvvəl İngiltərənin Mançester şəhərində də aşkarlanıb və yüksək dərəcədə \”Methylenedioxymethamphetamine\” (MDMA) daşıdığı üçün çox zərərli olduğu bildirilmişdi.
İnterpress.az