İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Trumpın 16 ildir ki, davam edən Əfqanıstan müharibəsilə bağlı ölkəsinin yeni strategiyasını açıqlamasının ardından bir açıqlama da Xarici İşlər Naziri Reks Tillersondan gəldi.
Tillerson, Talibana sığınacaq verməklə günahlandırdığı Pakistanın mövqeyini dəyişməməsi halında imtiyazlarını itirəcəyini bildirib. Pakistan isə Talibana etibarlı sahə olduğu istiqamətindəki iddiaları rədd edir.
ABŞ-ın müttəfiqlərindən biri olaraq görülən və milyardlarla dollar yardım alan Pakistanın bu yardımları itirəcəyini bildirən Tillerson, \”Pakistan, ölkədə yaşayan terrorçu təşkilatlara münasibətini dəyişməsə, bu yardımlar müzakirəyə çıxarılacaq. Bu istiqamətdə hərəkət etmək Pakistanın maraqınadır\”-dedi.
Pakistanın nüvə güc olduğuna diqqət çəkən Tillerson, sabit Pakistanın ABŞ-ın da xeyrinə olduğunu deyib. Tillerson, \”Pakistan nüvə güc və bizim bu silahların təhlükəsizliyilə bağlı narahatlığımız var\”-dedi.
Tillerson həmçinin Əfqanıstanda illərdir davam edən müharibə üçün, \”Müharibədə bəlkə biz qalib ola bilərik, amma Taliban da qazana bilər\”-dedi.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Trump, yeni Əfqanıstan strategiyasını açıqladığı çıxışında Pakistanı, \”Pakistanın terror təşkilatlarına sığınacaq verməsinə artıq səssiz qala bilmərik. Pakistanın Əfqanıstandakı səylərimizdə tərəfdaşlıq qurmaqdan əldə edəcəyi çox şey var. Terrorçuları saxlamağı davam etdirməkdən isə itirəcəyi çox şey var. Pakistana milyardlarla dollar ödəyirik, amma bizim vuruşduğumuz terrorçulara sığınacaq imkanı yaradırlar. Bu dərhal dəyişməli\” sözləri ilə xəbərdar etmişdi.
İnterpress.az