Çörək əvəzinə – Qoz yeyinbackend

Çörək əvəzinə – Qoz yeyin

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən bildirir ki, Karataya görə, gün ərzində 3 dəfə sağlam, sizə zərər verməyən qidalardan istifadə etmək lazımdır. Səhər yemək 24 saatın ən mühüm payıdır. Karatay pəhrizinə görə səhər çox qüvvətli yeməyimiz lazımdır. Hər gün 2 yumurta və ya pomidor-yumurta, kükü yeyə bilərsiniz. Ovuc içi qədər pendir və yanında xiyar. Yumurta, ağ pendir, 10-15 zeytun, 8-10 ədəd qoz (və ya fıstıq, badam). Çörək əvəzinə qoz istehlak edin. Karatay pəhrizində kilo vermək istəyənlər çörək yeməyəcəklər, çünki çörək yemək insulin müqavimətini artırır. İnsulin yağları anbar edən hormondur. Az və tez-tez yediyimiz zaman davamlı yağlar bu anbara göndərilir və anbar yaranır. Yemək yediyimiz zaman insulin yüksəlir, 2 saatdan sonra düşməyə başlayır və acıma hissi ortaya çıxır. Çox qüvvətli bir nahar etdiyimiz zaman bütün günü yemək istəmirik. O vaxt lepir hormonu dövrəyə girir və öz bədən yağlarımızı pay kimi istifadə edir. Bu səbəblə acımırıq. Tez-tez yediyimiz zaman qaraciyər və mədəaltı vəzi yorulur. Karatay pəhrizində tez-tez yemək yemək düzgün deyil.

İnterpress.az