İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın ABŞ Müdafiə Naziri Ceyms Mattisi qəbulunda, ikitərəfli və regional məsələlər müzakirə olunub.
Prezident mənbələrindən verilən məlumata görə, dünən Beştepede gerçəkləşən qəbulda, DEAŞ və PKK başda olmaqla terror təşkilatlarıyla birgə mübarizə mövzusundakı qətiyyətlə yanaşı, Suriya və İraqın ərazi bütövlüyünün qorunması lazım olduğu vurğulanıb.
Bu çərçivədə, İraq Kürd Regional Rəhbərliyinin referenduma getməsininin səhv bir addım olacağı qeyd olunub. Prezident Ərdoğanın, qonaq nazirə, ABŞ-ın PYD/YPGYE verdiyi dəstəkdən Türkiyənin duyduğu narahatlıqları da dilə gətirdiyi qeyd edilib. DEAŞTAN təmizlənən yaşayış məntəqələrində hakimiyyətin yerli xalqa buraxılması lazım olduğuna diqqəti çəkən Prezident Ərdoğan, Suriyada əskiklik bölgələri formalaşdırmağı qarşısına məqsəd qoyan mexanizmin dəstəklənməsinin vacibliyinə də toxunub.
İraqda Qəndil və Sincardaki PKK faktorlarına qarşı birgə mübarizənin, müdafiə sənayesi sahəsində əməkdaşlığın müzakirə olunduğu qəbulda, Türkiyə və ABŞ-ın strateji tərəfdaşlıqlarının və NATO-da iki mühüm müttəfiq olduqlarının da altının cızıldığı öyrənilib.
İnterpress.az