İnterpress.az “Gazeta Ru”ya istinadən xəbər verir ki, İngiltərədə Fəhlə Partiyası siyasətçilərindən Kris Williamsonun qatarlarda qadınlara xüsusi vaqon təklifi mübahisələrə yol açdı. Öz partiyasının üzvləri tərəfindən qadına qarşı zorakılığı normallaşdırma və ayrı-seçkiliyi müdafiə etməklə günahlandırdı. Williomson, qadınların təcavüzdən qorunması üçün bu təklifi etdiyini ifadə etdi.
İşçi Partiyası lideri Ceremi Corbyn də 2015-ci ildə Fəhlə Partiyası liderliyi üçün yarışarkən qadın vaqonlarıyla bağlı qadın təşkilatlarının fikrini dinləmək istədiyini söyləmiş, qadın təşkilatlarından gələn sıx iradlar üzərində bu fikirdən daşınmışdı.
Birminhem Yardley Deputat Jess Philips, \”Feminizmi Səudiyyə Ərəbistandan öyrənməyə çalışırsansa, yanlış yoldasan\”-ifadələrini istifadə etdi.
Parlamentdəki Bərabərlik və Qadın Komitəsinin üzvü olan Philips, Twitterda \”Kim hansı vaqonda səyahət etməli qərar vermək əvəzinə bütün vaqonları hər kəs üçün etibarlı saya bilərikmi? Qadınların hərəkətlərini məhdudlaşdırmaq onları təhlükəsiz etməz, hücumları normallaşdırır. Problemin qadınların oturma planları deyil, təcavüzkarlar olduğu barədə dəqiq olmalıyıq\”.
İnterpress.az