İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Fransada Prezident Emmanuel Macronun üç aylıq makiyaj xərci 26 min avro məbləğində təyin edilib. Hesab Prezident Sarayı Elyseeye göndərildiyi açıqlanıb.
Le Point jurnalında yer alan xəbərə görə, Macronun makiyaj əməliyyatlarını aparan Natacha M. adlı şəxs, Yelisey Sarayına 10 və 16 min avro məbləğində iki ayrı hesab göndərib.
Hesabların Yelisey Sarayı tərəfindən təsdiq olunduğu bildirilərkən, əvvəlki Prezidenti Fransua Hollandenın əksinə Macrona xüsusi makiyaj və qadın bərbəri işlə təmin edilmədiyi, bu xidmətlərin kənardan qarşılandığı qeyd edilib.
Qeyd edək ki, Hollande dövründə Yelisey Sarayında çalışan kosmetoloqa aylıq 6 min, saç ustasına isə 10 min avro maaş verildiyi ortaya çıxmışdı.
İnterpress.az