İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Liberman, paytaxt Təl-əvivdə dövlət rəsmlərinin qatıldığı bir toplantıda etdiyi çıxışında, \”İsrail, İranın Suriya və Livanda yaratmağa çalışdığı bu yeni mühitə təslim olmayacaq\”-dedi.
İranın Suriyada yeni bir reallıq ortaya qoymağa çalışdığını irəli sürən Liberman, \”İran İnqilab Mühafizəçiləri vasitəsilə Suriya ərazisində hava və dəniz bazaları inşa etməyə, Şiə milis gücü də Livanda inkişaf etmiş silahlar istehsal etməyə çalışır. İsrail bunlara səssiz qalmayacaq\”-ifadələrini istifadə etdi.
İsrailin Baş Naziri Binyamin Netanyahunun Rusiyaya reallaşdırdığı səfərdə İran ilə bağlı dilə gətirdiyi \”çəkişmələrdən\” sonra Libermanın Da bu açıqlamaları etməsi diqqəti çəkib.
Netanyahu dünən Rusiya Prezidenti Vladimir Putin ilə Soçi şəhərində həyata keçirdiyi görüşdə \”İranın Suriyada möhkəmlənməsini təhdid ünsürü olaraq gördüklərini\” bildirərək, \”İran, Suriyadakı varlığını artırmaq üçün böyük səy göstərir. Bu vəziyyət İsrail, Yaxın Şərq və bütün dünya üçün təhdiddir\”-demişdi.
İsrailin keçmiş Hava Qüvvələri Komandiri Əmir Eshel də daha əvvəl etdiyi çıxışında, \”İsrail son 5 il ərzində Hizbullaha və digər cəbhələrdəki qruplara silah daşıyan konvoylara onlarla hücum təşkil etdi\”-deyə danışmışdı. Eshel sözügedən hücumların 100-ə yaxın olduğunu ifadə etmişdi.
İsrailli mənbələr və ordunun daha əvvəl yayımladığı bir hesabatda, Hava Qüvvələrinin Suriyada Livanda silah daşıyan konvoyları hədəf aldığı qeyd edilmişdi.
Qeyd edək ki, 2011-dən bu yana zaman-zaman Suriya və Holan Təpələrindən, torpaqlarına raket atıldığını irəli sürən İsrail, İran dəstəkli Hizbullah qüvvələrinə və rejimə məxsus hərbi nöqtələrə hücumlar təşkil edir.
İnterpress.az