İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, mütəxəssislər, 40 yaşından sonra insanların fəallığının azaldığını və bunun sağlamlığa zərər verdiyini açıqlayıb.
Bunun həlli olaraq 40-60 yaş arası insanları sürətli yürüşlər etməyə dəvət edən mütəxəssislər, hər gün yalnız 10 dəqiqə sürətli yeriməyin erkən ölüm riskini 15 faiz azaltdığını bildirib.
Proqnozlara görə bu yaş qrupunun yüzdə 40-ı, bir aydan daha az sıxlıqda 10 dəqiqəlik sürətli yürüşlər keçirir.
Agentliyin tibbi direktor vəkili Jenny Harries, bir mağazaya gedərkən də 10 dəqiqə gəzməyin təsirli olduğunu dedi.
İnterpress.az