68 Boko Haram üzvü təslim oldubackend

68 Boko Haram üzvü təslim oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Polkovnik Onyema Nwachukwu verdiyi açıqlamada, təhlükəsizlik orqanlarının son 3 həftədə keçirdiyi əməliyyatlarda terror təşkilatı Boko Haram üzvü 68 nəfərin təslim olduğunu bildirib.

Ordu birliklərinin təşkilata qarşı quru və hava əməliyyatlarına intensiv şəkildə davam etdiyinə diqqəti çəkən Nwachukwu, \”Hava və quru əməliyyatları və bombardmanlar ilə Boko Haram təşkilatı üzvlərinin qaçmasını və logistika dəstəyi çatmasını mane oluruq\”- dedi.İ
Qeyd edək ki, Boko Haram xadimlərinə qarşı son illərdə keçirilən əməliyyatlara baxmayaraq təşkilat, Afrikanın ən çox əhaliyə malik ölkəsi Nigeriyada hala ciddi təhlükəsizlik problemi yaradır.
Məlumata görə, Nigeriyada 2000-ci illərin əvvəlindən bəri fəaliyyət göstərən təşkilat, liderləri Məhəmməd Yusifin nəzarətində ölməsinin ardından 2009-da kütləvi zorakılıq aksiyaları keçirməyə başlayıb.

İnterpress.az