Dövlət Gömrük Komitəsindən İnterpress.az-a verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin \”Sınıq Körpü\” gömrük postunda Gürcüstandan ölkəmizə gələn Azərbaycan vətəndaşının idarə etdiyi \”Naz Lifan\” markalı avtomobilə gömrük baxışı keçirilib.
Baxış zamanı, vətəndaşın üzərində 6 ədəd \”X-BO\” markalı mobil telefon və həmin telefonlara aid 12 ədəd USB kabel və 12 ədəd \”qulaqcıq\” aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.
İnterpress.az