İnterpress.az “Gazeta Ru”ya istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Trumpın, cinsiyyət dəyişdirən adamların Amerika silahlı qüvvələrinə qəbul edilməsini başa vuraraq, Müdafiə Nazirliyinə bağlı göstərişi rəsmən verdiyi bildirilib.
Ağ Ev-dən adı açıqlanmayan yüksək səviyyəli bir səlahiyyətli isə məsələ ilə bağlı verdiyi bəyanatda, \”Prezident bütün Amerika xalqının Prezidentidir və keçən il seçki işlərində ilk dəfə Respublikaçı namizəd olaraq LGBTQ məsələsini gündəmə gətirmişdi\”-dedi.
Cinsiyyət dəyişdirən adamların orduya qəbulunun keçmiş Prezident Barak Obama dövründə başladığına diqqəti çəkən səlahiyyətli, Trumpın ordunun ənənəsində olmayan bu praktikaya qarşı tənqidi bir mövqedə olduğuna toxunub.
Prezident bütün Amerikalıların olduğu kimi LGBTQ cəmiyyətinin hüquqlarını müdafiə etməyə davam edəcək. Prezidentin bu qərarı müxtəlif milli təhlükəsizlik məsələləri ilə bağlıdır\”-deyə danışdı.
Qeyd edək ki, Trump daha əvvəl verdiyi açıqlamada, cinsiyyət dəyişmiş şəxslərin orduda yüksək məbləğdə tibbi xərclərə səbəb olduğunu bildirmişdir.
İnterpress.az