İspaniya Kralı etiraz yürüşünə Müsəlman qadınla qatıldıbackend

İspaniya Kralı etiraz yürüşünə Müsəlman qadınla qatıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, İspaniyanın şərqindəki Kataloniya muxtar rəhbərliyində 17 avqustda baş verən və 15 nəfərin ölümünə, 120-dən artıq insanın yaralanmasına səbəb olan iki terror hücumuna reaksiya üçün Barselonanın Universiadasında küçəsində toplaşan minlərlə insan, Katalanca \”Say tinc por\” (Qorxmuram) yazılı plakatın arxasınca yeridi.

Barselonadakı terror hücumlarından sonra Kataloniya Meydanında keçirilən yürüşdə xalqın özü-özünə başladığı \”Qorxmuram\” şəklindəki şüar bugünkü aksiyanın gündəmi oldu.

Yürüşə Barselonadakı təhlükəsizlik, səhiyyə, yanğınsöndürmə ilə aralarında Müsəlman cəmiyyətlərin də olduğu bəzi qeyri-hökumət təşkilatlarının nümayəndələri qatıldı.

İştirakçılar \”Qorxmuram\”, \”Ən yaxşı cavab sülh\”, \”İslamofobiyaya xeyr\”, \”İslam sülhdür\”, \”Müsəlmanam terrorçu deyil\”, \”İslam sülh dinidir\” şüarları səsləndi.

Yürüşdə İspaniya Kralı 6-ci Felipe, Baş Nazir Mariano Rajoy, Məclis və Senat sədrləri, nazirlər, Kataloniya muxtar rəhbərliyi hökuməti üzvləri və İspaniyadakı digər muxtar idarələrin başçıları, bütün siyasi partiyaların liderləri, keçmiş İspaniya Baş Nazirləri, bəzi Bələdiyyə Başçıları, diplomatlar və sənətkarlar da iştrak etdi.

Kral 6-ci Felipe, İspaniya tarixində xalqla birlikdə mitinqə qatılan ilk Kral olarkən, yürüşü Baş Nazir Rajoy və Barselonada yaşayan Müsəlman qadınla etdi.

Kataloniya Meydanında yürüşün sonunda İbn Battuta Fondunun sözçüsü olan Miriam Xətibi çıxış etdi:

\”Dünyanın harasında olursa olsun, bütün terror hücumlarının pisləndiyi manifestdə \”Qorxmuruq, çünki bilirik ki sevgi nifrətin qarşısını alacaqdır. Qorxmuruq, çünki birlikdə yaşayan bütün vətəndaşların ortaya qoyduğu mövqe həmrəylik içində olan bir cəmiyyət olduğumuzu göstərdi. Bizi parçalamağa nail olmayacaqlar, çünki tək deyilik. Barselonada, Berlində, Bağdadda, Kabildə ya da dünyanın harasında olursa olsun, birlikdə yaşamağı müdafiə edən və zorakılığa qarşı çıxan milyonuq\”- dedi.

İnterpress.az