İnterpress.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə İstanbulun Beşiktaş rayonu ərazisindəki \”Concred\” otelində baş verib.
Belə ki, oteldə odlu silah yarası alan 1 qadın və 1 kişi meyiti aşkar edilib.
İlkin araşdırma zamanı məlum olub ki, qətlə yetirilən şəxs tanınmış teleaparıcı Vatan Şaşmazdır. Digər şəxs isə Vatan Şaşmazın keçmiş sevgilisi Filiz Aker olduğu məlum olub.
Vatan Şaşmaz keçmiş sevgilisi Filiz Aker tərəfindən qətlə yetirilib. Filiz Aker daha sonra intihar edib.
Qeyd edək ki, Filiz Aker keçmiş modeldir. Filiz Akerin bu yola addım atmasının səbəbi isə Vatan Şaşmazı unuda bilməməsi olub və hər dəfə ona zəng edərək onu çox sevdiyini, unudua bilmədiyini deyirmiş.
Faktla bağlı araşdırmalar davam etdirilir.
İnterpress.azhttps://youtube.com/watch?v=AsEaBBMLhcchttps://youtube.com/watch?v=0AumCdwopdA