İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Fransa Prezidenti Emmanuel Macron, Prezident Tayyib Ərdoğanla keçirdiyi telefon görüşündə, iyul ayından bu yana \”terrorizm şübhəlisi kimi həbsə alınan Fransız jurnalist Loup Bureaunun (27) sərbəst buraxılmasını istədi.
Yelisey Sarayından edilən açıqlamada iki liderin və nazirlərin mövzu ilə bağlı müsbət bir nəticə əldə etmək məqsədilə təmaslarını davam etdirmələrinə qərar verildiyi qeyd olunub.
Macron və Ərdoğanın Suriya, İraq və Körfəzdəki vəziyyəti də müzakirə etdiklərii ifadə edilib.
Bureau, ötən ay Türkiyə İraq sərhədindəki Habur qapısından keçərkən saxlanılıb.
Fransız jurnalist, terror təşkilatı PKK-nın Suriya qolu YPG üzvü olduğu şübhəsi avqust ayının əvvəlində həbs olunaraq Şırnak T Tipi Həbsxanaya göndərilmişdi.
Loup Bureaunun dosyesinə məxfilik qərarı qoymuşdu.
İnterpress.az