İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, yüzdən çox adam qusma, nəfəs kəsilmə və göz yanması kimi şikayətlərlə xəstəxanaya müraciət edib. Eastbourne Zona Xəstəxanası, oxşar şikayətlərlə xəstəxanaya gələn 133 nəfəri müalicə olunduqlarını açıqlayıb.
Birling Gap sahili, qaz buludu səbəbindən azad edilib. Şərq Sussex bölgəsində ortaya çıxan qaz buludunun kimyəvi sızıntıdan qaynaqlandığı güman edilir.
Sahil zolağında yaşayanlara pəncərə və qapılarını bağlı saxlamaları xəbərdarlığı edilib.
İnterpress.az