İnterpress.az bildirir ki, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Məlumata görə, bu gün saat 13:10 radələrində Yerevan şəhərinin Şenqavit inzibati rayonunda “Nairit-1” zavodunun anbarında partlayış baş verib.
Partlayış böyük yanğına səbəb olub. Yanğının mürəkkəbliyi nəzərə alınmaqla hadisə yerinə 6 yanğınsöndürmə qrupu göndərilib.
Hadisə yerinə çoxlu sayda xilasetmə, polis qüvvələri və təcili yardım briqadaları da göndərilib. (virtualaz.org)
İnterpress.az