İnterpress.az xəbər verir ki, kürəyindən 4 güllə vurularaq öldürülən aktyorun ailəsi barədə müxtəlif məlumatlar yayılıb. Belə ki, Şaşmazın həyat yoldaşının 5 aylıq hamilə olduğu və cütlüyün övladlarının cinsiyyətini hadisə baş verən gün öyrəndiyi bilinib. Tarsusda ailəsi ilə istirahət edən Yasemin Adalının oğlu dünyaya gələcək. O, hadisəni eşidən kimi İstanbula yola düşüb.
Qeyd edək ki, Vatan Şaşmaz 2015-ci ildə Yasemin Adalı ilə dünya evinə girib. (musavat)
İnterpress.az